Hadisə

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var

1 İyul 2024 16:50
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb KIA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində bir nəfər - sürücünün həyat yoldaşı hadisə yerindəcə həyatını itirib.

Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi.

Onun sözlərinə görə, hadisə Bakı-Qazax yolunun 213-cü km-də baş verib:

"KIA markalı 99-XK-874 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton baryerlərə vurub. Hadisə nəticəsində avtomobildə olan sürücü və bir sərnişin xəsarət alıb, digər xanım sərnişin isə dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.