Ermənistan

Bakıdan hələ müsbət cavab almamışıq - Mirzoyan

3 İyul 2024 16:07
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağı real hesab edir, lakin bu təklifə Bakıdan müsbət cavab almayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşdə deyib.

"Mən artıq dedim ki, biz bu mühüm sənədi Azərbaycanla yekunlaşdırıb imzalaya bilərik. Amma hələlik təklifimizə müsbət reaksiya verilməyib. Bəzən prosesi gecikdirmək üçün yeni, süni maneələr yaradılır", - Mirzoyan bildirib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.