Ölkə

"Day-dayım var, sürürəm" deyən qadın saxlanıldı

3 İyul 2024 15:47
Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə "day-dayım var, sürürəm" deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, xanımın "day-day" dediyi tanışı öz adına avtomobil icarəyə götürüb və ona bir neçə saatlıq sürməsi üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib: "Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilaktiki söhbət aparılaraq barəsində inzinati protokol tərtib olunub".

Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə kobud qayda pozaraq təhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə "day-dayılıq" etdiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.