Maraqlı

40 il sonra həyətindən 2400 illik xəzinə tapdı

27 İyun 2024 22:00
Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fermerin 40 ildən sonra öz bağında tapdığı 2400 illik xəzinə diqqət çəkib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda yaşayan əkinçinin tarlasında təxminən 2400 il əvvələ aid tarixi əsər tapılıb.

Əkin sahəsini şumlayarkən böyük qaya parçası aşkar edən Əhməd Bakinin tapıntısı Milas muzey rəhbərliyinin sürətli hərəkətə keçməsinə səbəb olub.

Qaya parçasını təmizlədikdən sonra onun qədim əsər olduğunu anlayan Baki dərhal vəziyyəti səlahiyyətlilərə çatdırıb.

Milas muzey rəhbərliyi və yerli əhali ilə birgə aparılan təcili qazıntılar nəticəsində tapıntının  Miladdan öncə IV əsrə aid olduğu məlum olub.

Hələlik tapılmış sərdabənin içərisində nə olması barədə məlumat verilmir.

Əhməd Baki 40 ildir eyni bağda əkin-biçin işləri apardığını, lakin xəzinənin fərqində olmadığını deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.