Gəncə Dövlət Filarmoniyasinda Azərbaycan Bəstəkarlar İttifaqinin 90 illiyinə həsr olunmuş səyyar plenumu keçirilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub.
Tədbirin açılışında Azərbaycan Bəstəkarlar İttifaqınin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə səyyar plenumuna həsr olunmuş konsertin Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu vurğulayan Firəngiz Əlizadə Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Konsert proqramı birləşmiş orkestrin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 3-cü pərdədən "Rəqs" ilə başlayıb.
Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin "Radio Marşı", Vasif Adıgözəlovun "Bayram suitası" səsləndirilib. Həmçinin Samirə Hacıyeva Səid Rüstəmovun "Hardasan", Qaya Nəsibzadə Süleyman Ələsgərovun "Vətənimdir" romansını, Rüstəm Cəfərov " Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa ediblər.
Xalq artisti Rafael Bayramovun bədii rəhbərliyi və dirijorluğu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin "İldırımlı Yollarla" baletindən "Qızların Rəqsi", Aqşin Əlizadənin "Cəngi", Vaqif Mustafazadənin "Mart", tarda Əli Əliyevin ifasında Sərdar Fərəcovun "Rondoletta" səsləndirilib.
Məmməd Cəfərovun bədii rəhbərliyi, Nazilə Cəfərovanın dirijorluğu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Xor kollektivi Üzeyir Hacıbəylinin "Ey Vətən" əsərini, Məmməd Cəfərovun "Kontata" - dan 1-ci və 2-ci hissələri ifa ediblər.
Konsert proqramı Fikrət Əmirovun "Min Bir Gecə Baletindən" "Bayram rəqsi" ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur





