YARAT “Azadlığa monument” adlı qrup sərgisini təqdim edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Azadlığa monument" adlı qrup sərgisini təqdim edir.
Ekspozisiya Nazim Babayev, Kamal Əhməd, Cavad Mircavadov, Toğrul Sadıqzadə, Sirus Mirzəzadə, Şahpələng Məmmədov, Rasim Babayev, Əşrəf Murad, Məlik Ağamalov, Mir Nadir Zeynalov, Rəşad Babayev, Müseyib Əmirov, Adil Yusifov, Adil Şıxəliyev, Sabina Şıxlinskaya, Leyla Qabulova, Elnarə Nəsirli, Arzu Rzayev, Əmrulla İsrafilov, Emil Məcnunov və Elturan Məmmədovun rəngkarlıq, qrafika, heykəl, qraffiti, həmçinin YARAT-ın sifarişi ilə hazırlanmış videoəsərlərini bir araya toplayır.
Tarixin dominant hekayələrinin kölgəsində danışılmamış hekayələr, susdurulmuş səslər və basdırılmış həqiqətlər yatır. Sosializm vədi və marksizm-leninizm prinsipləri əsasında qurulmuş nəhəng Sovet imperiyası XX əsrin tarixində silinməz iz qoyub. Onun utopik istəkləri və avtoritar reallıqları milyonlarla insanın həyat və düşüncəsini formalaşdıraraq, süqutundan sonra faciələr mirası qoyub. "Azadlığa monument" sərgisi sovetləşmə illərinin fəsadları ilə qarşılaşaraq, onun şəxsiyyətə, yaddaşa, milli kimliyə və kollektiv şüura təsirini araşdırır.
Sovet dövründə nonkonformist rəssamlar rejimin ideoloji məhdudiyyətlərinə qarşı çıxmaqda və bədii ifadələrin sərhədlərini aşmaqda həlledici rol oynayıblar. Bu rəssamlar Azərbaycan tarixinin və mədəniyyətinin mürəkkəbliyi ilə mübarizə aparan sovet hegemonluğu qarşısında öz irsini geri qaytarmağa və yenidən şərh etməyə çalışaraq, gizli müqavimətin həm qalibləri, həm də rejimin rəqibləri idilər. Onlarla dialoqda çıxış edən müasir rəssamların fotoqrafiya, video və instalyasiya əsərləri sosialist ritorikasının ziddiyyətlərini, onun milli mənsubiyyət, yerli mədəniyyət və ənənələrə dair münasibətini sual edərək, tənqidi şəkildə araşdırırlar. YARAT-ın sifarişi ilə hazırlanmış əsərlərdə isə ədalətsizliklərin travması, fərdi və kollektiv yaddaşa olan davamlı təsirləri araşdırılır. "Azadlığa monument" qrup sərgisi Azərbaycanın tarixi, ictimai və siyasi təcrübələrini nəzərdən keçirərək, azadlığa aparan yolun çoxtəbəqəli, travmatik və qanlı olduğunu açıqlayır.
Sərginin ekspozisiyasında Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Nar Qalereyası və Unibank-nın kolleksiyalarında qorunub saxlanılan əsərlər nümayiş olunur.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin





