Sumqayıt Dövlət Dram Teatrı "Bütün siçanlar pendiri sevir" nağılı premyerası təqdim edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt Dövlət Dram Teatrı bütün kontingentdən olan tamaşaçıların estetik tələbatına uyğun repertuar siyasəti qurur. O cümlədən balacaların teatr istəkləri hər zaman yaradıcı heyətin diqqət mərkəzindədir.
Tamaşaları ilə maraq doğurmuş teatrın quruluşçu rejissoru Fuad Kazımov bu dəfə uşaqların bədii-estetik zövqünü təmin etməkdən ötrü dünya dramaturgiyasına müraciət edib. Görkəmli macar yazıçısı və dramaturqu Dyula Urbanın siçanlarla bağlı ibrətamiz hekayəsi Fuad Kazımovun rejissor yanaşmasında tamaşaçılara çatdırılacaq.
"Bütün siçanlar pendiri sevir" nağılı dünyanın bir çox ölkələrində balaca tamaşaçılar üçün hazırlanıb. Sumqayıt teatrında ilk dəfə quruluş verilən bu əsər Nizami Mirzəyevin tərcüməsi ilə teatrımızın səhnəsində artıq öz uğurlu həllini tapıb.
Məşhur pendir zavodunun zirzəmisində yaşayan boz siçan ailəsi rahatdır. İsti yuva, çoxlvu pendir və tərbiyəli oğul ailənin xoşbəxtliyini təmin edir. Amma ağ siçan ailəsinin zirzəmiyə köçü ilə hər şey mənfiyə doğru dəyişir. Rəng fərqi ailələri üz-üzə qoyur. Böyüklərin fikir ayrılığı bir-birinə bağlanmış Şoma və Fruji arasında məhəbbətə təsir edə bilmir.
Sehrbazın köməyi ilə əsərin qəhrəmanları- Şoma və Fruji səadətə qovuşurlar. Bütün maneələri aşa bilən, xırda hissləri üstələyən gözəl, təsirli dostluq və sevgi hekayəsi mühüm ideyanı çatdırır: rəng yox, münasibətilərin qurulması və bölüşmək düşüncəsinin formalaşması önəmlidir.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı Nizami Dadaşov, baletmeyster Kamil Ağayevdir.
Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə aiddir.
Premyerası ilə balaca tamaşaçıları çox sevindirən maraqlı əsərin növbəti nümayişi may ayının 25-i, 26-ı və həmçinin iyun ayında gerçəkləşəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi
-
Zülfiyyə Qurbanova: "Filmlərdəki öpüşmə, zorlama səhnələrini paylaşacağam"
-
Nərimanla Şahrudin milliyə çağırılmadı
-
Paşinyan Almaniyada mükafat aldı - (Yenilənib)
-
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
-
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
-
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
-
Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
-
Pakistanda məscid yaxınlığında güclü partlayış: 15 ölü, 50 yaralı - (Video)
-
İlanın ağzından çıxanlar təəccübləndirdi - (Video)
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artıb
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi





