Cəmiyyət

Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)

18 Sentyabr 2026 12:24
Baxış: 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr -  Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.

Görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin  "O olmasın, bu olsun" operettasından musiqi parçası təqdim ediblər. 

İfaçılar - Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib. 

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.