Dünya

Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)

18 Sentyabr 2026 11:34
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırovun çıxışı sosial şəbəkələrdə geniş müzakirə olunub.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə Adam Kadırovun Dövlət Dumasına seçkilər öncəsi Çeçenistanda görülən hazırlıq tədbirləri və mövcud vəziyyət barədə hesabat verdiyi görünür.

O, çıxışı zamanı mümkün təxribatlardan da danışıb. Lakin sosial şəbəkə istifadəçilərinin əsas diqqəti onun səsləndirdiyi fikirlərdən çox, çıxış tərzinə yönəlib.

Belə ki, Adam Kadırov qarşısındakı yazılı mətndən istifadə edərək danışıb, cümlələr arasında uzun fasilələr verib və bəzi ifadələri səsləndirərkən çətinlik çəkib.

Həmin görüntüləri təqdim edirik:

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.