Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
KOB evlərində sahibkarlara lisenziyalaşdırma ilə bağlı informasiya dəstəyi göstərilir və lisenziya almaq üçün müraciət etmək mümkündür.
Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, "Lisenziyalar və icazələr" portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov.az saytının "KOB evləri" bölməsindən, eləcə də "Lisenziyalar və icazələr" portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür.
Qeyd edək ki, lisenziya müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı fəaliyyət növündən asılı olaraq dəyişir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziyanın verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq edilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa lisenziya müddətsiz verilir.
Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib. Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
XƏBƏR LENTİ
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc





