Elçin Əzizov: Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, Rusiyanın Böyük Teatrının solisti, "Bakılı oğlanlar" komandasının qızıl səsi Elçin Əzizovun çoxdan gözlənilən "Mənim mahnıma İnan" adlı estrada solo konserti keçiriləcəkdir.
Mayın 3-də Bakıda Heydər Əliyev Sarayında "Mənim mahnıma İnan" estrada proqramı ilə ilk solo konsertiniz baş tutacaqdlr! Zəhmət olmasa konsert haqqında məlumat verərdiniz.
Etiraf edirəm ki, bu mənim üçün çoxdan gözlənilən konsertdir. Heydər Əliyev Sarayı həyatımın inanılmaz mühüm mərhələsi ilə, sevimli KVN komandası olan "Bakılı oğlanlar" ilə bağlıdır və mən tezliklə yenidən doğma səhnədə olacağıma düşünəndə təşviş hissi keçirirəm. Görünür, indi mənim solo musiqi konsertimin vaxtı çatıb, təbii ki, konsertdə zarafatlar da olacaqdır. Heç onlarsız olarmı?! Doğma tamaşaçılarla, hətta deyərdim ki, ev tamaşaçılarımızla ilə görüşməyi səbirsizliklə gözləyirəm.
Niyə klassik deyil, məhz estrada proqramını seçdiniz?
Ötən illər ərzində dəfələrlə Bakıya gələrək opera repertuarımdan klassik əsərlər ifa etmişəm. Bəlkə də buna görə ilk solo konsertimi tamamilə yeni, deyək ki, daha populyar proqramla keçirmək istədim. Proqramda Müslüm Maqomayevin repertuarından hər kəs tərəfindən sevilən mahnılar, həmçinin NTV-nin "Maska" şousunda Möhtəşəm Mandril rolunda ifa etdiyim mahnılar səslənəcəkdir. Həmçinin Tofiq Quliyevin, Polad Bülbüloğlunun, Lev Leşşenkonun, Rinat İbrahimovun və Yaak Yolanın mahnılarını da proqrama daxil etmişəm. Tamaşaçıları Rusiyanın ən yaxşı estrada və caz musiqiçiləri ilə birlikdə aktiv şəkildə hazırlaşdığımız böyük konsert gözləyir.
Müslüm Maqomayevin repertuarından ən çox sevdiyiniz mahnı hansıdır?
Mənim üçün bütün mahnılar gözəldir. Əlbəttə ki, aralarında ən çox sevilənlər var və yəqin ki, konsertin adının da verildiyi Mixail Şerbaçenkonun heyrətamiz şeiri və Polad Bülbüloğlunun musiqisi ilə yaradılan "Mənim mahnıma İnan" ı qeyd edə bilərəm. Bilmirəm niyə, amma mən bu mahnıya vurulmuşam. Bu mahnı enerjisi, musiqisi və vəziyyəti ilə mənə yaxındır.
Öz vətəninizdə, sevimli Bakıda çıxış etmək Sizi həyəcanlandırırmı?
Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə həyəcanlıdır. Bu həyəcan, təşviş və bütöv bir emosiyalar palitrasıdır. Mən evdə oxuyacağam və bu həmişə çox məsuliyyətlidir! Dostlarımı, qonaqları, şəhərimizin qonaqlarını gözləyirəm, hamınızı mayın 3-də Bakıda, Heydər Əliyev Sarayında gözləyirəm. Saat 20:00-da başlayır. Gəlin, birlikdə vaxt keçirək!
Biletləri aşağıdakı link vasitəsilə əldə edin https://iticket.az/events/concerts/elchin-azizov-believe-my-song/113073
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı





