Mədəniyyət

Rəfiqə Axundova dəfn olundu - YENİLƏNİB - FOTO

6 Fevral 2024 14:50
Baxış: 4 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:50

Mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova dəfn edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, İkinci Fəxri xiyabanında torpağa tapşırılıb.

------

12:21


Xalq artisti Rəfiqə Axundova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və bir sıra rəsmi şxəslər iştirak edirlər.

93 yaşında vəfat edən görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn ediləcək. Dəfn saat 14:00-a nəzərdə tutulub.

Qeyd edək ki, Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib (1951-1952, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951-1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoyub. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M.Məmmədovla birgə).

--------

10:47


Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, onunla vida mərasimi saat 12:00-da Təzə Pir məscidində olacaq. Dəfn isə saat 14:00-a nəzərdə tutulub.

---------

09:59


Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Sənətkar 92 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, R. Axundova baletmeyster, Xalq artisti Maqsud Məmmədovun həyat yoldaşıdır. 

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.