Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19, 20, 21 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qorxma, biz səninləyik!" tamaşa-konsertin premyerası olacaq.
Səhnə əsəri tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın 80 illik yubileyi münasibəti ilə təqdim olunur.
Bu tamaşa 42 il öncə çəkilmiş "Qorxma, mən səninləyəm!" filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanıb, bəstəkarı Xalq Artisti Polad Bülbüloğlu, libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyevdir.
Tamaşanın ideya müəllifi yubilyarın qardaşı, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.
Əfsanəvi azərbaycanlının yubileyinin vaxtılə çalışdığı teatrda qeyd olunması fikri isə tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə məxsusdur.
Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti isə Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirlər.
Premyerada yubilyarın özü ilə yanaşı, qardaşı Mixail Qusman, həmçinin Xalq artistləri Polad Bülbüloğlu, Aleksandr Şarovski, Həmidə Ömərova, Sərxan Sərxan və digər tanınmış sənət adamlarının iştirakı da gözlənilir.
Yuli Qusmanın maraqlı yaradıcılıq yolu və onun sevimli filmi haqda tamaşada Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə edə bilərlər.
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)





