Mədəniyyət

"Musiqili səhayət" adlı konsert proqramı təqdim edilib - FOTO

12 İyun 2023 18:08
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Musical journey" ("Musiqili səhayət") adlı konsert proqramı təqdim edilib. Klassik musiqi gecəsində  pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet və triolar ifa ediblər. Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı  müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri ilə də təqdim olunub. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri də daxil edilib. Konsert proqramında yeni və ilk dəfə səslənən əsərlər maraqla qarşılandı. Müxtəlif dövrlər və müxtəlif nəsillərinin yaradıcılıq nümunələrinə müraciətlə baş tutan musiqili səyahət tamaşaçılarda xoş ovqat yaradıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.