“Atamla anamın gözəl səsi olub, Aybənizlə mən valideynlərimizdən bəhrələnmişik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünəndən etibarən doğum günü təbrikləri alıram. O qədər xoşbəxt oldum ki. Özüm də başa düşmədim ki, iyunun 1-də doğulmuşam yoxsa 2-si?! Həmişə doğum günlərimdə ağlayırdım. Bu həm də sevinc göz yaşları idi. Xalqımıza çox minnətdaram. Onların qarşısında hər zaman özümü borclu hesab edirəm. Bu sevgi qarşısında düşünürəm ki, mən hələ heç nə etməmişəm. Çox xidmət etməliyəm ki, xalqın bu etimadına layiq olam. Son nəfəsimə qədər, Allah imkan versə canlı oxuyacam. Necə ki, hər zaman canlı oxuyuram. Səsim olsa da, olmasa da xalqımın, dövlətimin yanındayam. Allah ölkəmizi, ölkə başçımızı, vətənimizi yaşatsın. Şəhidlərimizin ruhu şad olsun ki, onlar torpağımızı işğaldan azad etdi".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Şahnaz Haşımova deyib. O uşaqlıq illərini xatırlayıb.
"Uşaq olanda atam həmişə başımın üstündə saz çalıb, oxuyub. Şeirlərini söyləyib. O lay-lay ilə, şeirlərlə böyümüşəm. Anamın da gözəl səsi olub. Ev işləri görəndə həmişə oxuyurdu. Aybəniz xanımla mənim səsim valideynlərimizdən bəhrələnib. 6 yaşım var idi, Zeynəb xanımı və digər sənətkarları televizorda görəndə, uzun saçlarım var idi, saçımı hörə-hörə oxuyurdum. İlk dəfə "Ceyran" mahnısını oxumuşam. Bütün yaradıcı ömrümü Gəncənin mədəni mühitində keçirmişəm. Bu gün də Gəncədə yaşayıb, yaradıram. Gəncədən heç vaxt ayrılıb, Bakıya gedə bilmədim. Gəncə Musiqi kollekcində dərs deyirəm, tələbələr yetişdirirəm. Bakıya gəlməyimlə bağlı çox dəvətlər gəlib, amma getməmişəm. Hətta o illərdə Opera və Balet teatrına da dəvət almışdım, amma getmədim. "Leyli və Məcnun" əsərini 1980-ci illərdə hazırlayıb, Leyli obrazında səhnəyə çıxdım" deyə sənətkar bildirib.
Sənətkar ailə həyatından da danışıb.
"Gənc qız olanda düşünürdüm ki, mütləq musiqiçi ilə ailə həyatı quracam ki, mənim ifaçılığıma mane olmasın. Bilirsiniz ki, həyat yoldaşım, əməkdar artist Eldar Abdullayev mahir kamança ifaçısıdır. Oğlum Tural 6 aylıq olanda Eldar müəllimin ürəyində problem yarandı, ağır əməliyyat keçirdi. O vaxtdan qorxdum ki, onu itirə bilərik. Ona heç bir problemi bildirmədim, ağrını-acını özüm çəkdim. Ailənin bütün rəhbərliyi, idarəçiliyi onun üzərinə düşüb. Bir yerə mən gedəndə, bir yerə də o gedib. O məndən əvvəl "Göy-göl" ansamblında çalışıb. Bu ansamblın ilk yaradıcı kollektivinin üzvü olub. Eldar müəllim təkcə kamançasını çalıb, mən təkcə oxuyub getməmişik. Bu kollektivə ailə kimi baxmışıq. O mənim tək ömür-gün yoldaşım deyil, həm həmkarımdır, həm də dostumdur. Sevgisini, qayğısını sözündə yox, əməlində göstərib" deyə sənətkar bildirib.
Xalq artisti gənclərə tövsiyyələrini də verib.
"Bu gün musiqimizə, muğam sənətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Yetişən gənc nəsil də istedadlıdır. Amma bəzən gənclər də asan yolla gündəmə gəlmək istəyirlər. Bu hər gəncə aid deyil. Toya gedib pul qazanmaq yaxşıdır, amma toyun da öz repertuarı olmalıdır. Bizim insanlarımız, xalqımız musiqini dərindən duyandırlar. Toyda da sən ağzına gələni oxuya bilməzsən" deyə xanəndə bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)





