İdman

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...

21 Sentyabr 2026 19:43
Baxış: 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletlərin satışına başlanıldığını elan edib.

Milli.Az Masazır təmsilçisinə istinadla xəbər verir ki, azarkeşlər bir biletlə Bakı Olimpiya Stadionunda keçiriləcək hər 4 qarşılaşmanı izləyə biləcəklər.

Məlumata görə, biletlərin qiyməti 35-dən 285 manatadək təşkil edir. Əldə edilən biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa olunmur. Biletlər yalnız QR-bilet formatında təqdim olunacaq. Onlardan istifadə etmək üçün azarkeşlər alışı həyata keçirdikləri istifadəçi hesabı ilə "iTicket" mobil tətbiqinə daxil olmalıdırlar. QR-kodlar yalnız müvafiq oyunların keçirildiyi günlərdə aktivləşəcək.

Qeyd edək ki, "Sabah" öz meydanında Çexiyanın "Slaviya", Almaniyanın "Borussiya Dortmund", İspaniyanın "Barselona" və İtaliyanın "Napoli" klublarını qəbul edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.