Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə ölkədə bayram əhval-ruhiyyəsinin yaşandığını bildirən komitə sədri Azərbaycanın müasir tarixində 20 sentyabrda baş vermiş əlamətdar hadisələrə diqqət çəkib. O, 20 sentyabr tarixinin həm dövlət suverenliyinin tam bərpasını simvolizə etdiyini, həm də müasir Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Komitə sədri sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. O, bildirib ki, ötən sessiya ərzində 19 iclas keçirilib, 31 məsələyə baxılıb, komitədə 9 qanun layihəsi müzakirə olunub.
Bildirilib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 453 ərizə, məktub və digər müraciətlər daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Komitə sədri deyib ki, ötən sessiya müddətində komitə sədri və üzvləri tərəfindən seçicilərlə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər aparılıb. Bundan başqa, komitə sədri və üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər.
Sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada komitəyə təqdim olunan qanun layihələrinin müzakirəsi, dezinformasiya və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və digər məsələlərə dair ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin inzibati qərarların icrası, əlilliyi olan şəxslərin xidmətlərə fiziki və rəqəmsal əlçatanlığı, şəhid ailələrinin və qazilərin sosial və hüquqi təminatları ilə bağlı məsələlər də əks olunub.
Gündəlikdəki qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, "Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və dövlət xidmətlərinin həyata keçirilməsinin səmərəli təşkili üçün mövcud normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənədlərin müzakirəsində komitənin sədr müavini Arzuxan Əlizadə, üzvləri Razi Nurullayev, Hikmət Məmmədov, Naqif Həmzəyev, Sevil Mikayılova, Azər Allahverənov, Səyyad Aran, Vüqar Rəhimzadə, Elman Nəsirov, Mircəlil Qasımlı çıxış edərək dövlət xidmətlərinə əlçatanlığın artırılması, icbari tibbi sığorta sisteminin tətbiqində özəl tibb müəssisələrinin imkanlarından istifadənin genişləndirilməsi, şəhid ailələrinin, eləcə də digər vətəndaşların sosial müdafiəsi, regionların sosial-iqtisadi və investisiya baxımından cəlbediciliyinin artırılması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
İclasın sonunda ötən iki sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib, gündəlikdəki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Tədbirdə deputat Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
XƏBƏR LENTİ
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir





