“O vaxt Canəli Əkbərova cavab vermədim, ata ilə oğul arasında da küsülülük olur” - Xalq artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Özümə hər dəfə qulaq asanda səhv axtarıram. Yeni bir əsər yazdıranda onu oturub dinləyirik ki, görək hər şey qaydasındadır? Daha sonra özümü dinləmirəm. Yaxşı nə varsa hamısını dinləyirəm. Bu mənim ovqatımdan asılıdır. Nəinki korifey sənətkarları, gəncləri də dinləyirəm. Çox şükürlər olsun ki, o gənclərdən bir çoxu bu gün mənimlə artıq tərəf müqabili olur. Bir dəfə "Leyli və Məcnun" tamaşasında oynayırdım. Orada Leyli də, İbn Səlam da, Leylinin anası da tələbələrim idi. Bu bir ustad üçün çox böyük, qürurverici bir iş idi. Tələbələrimin uğurlarına onlardan çox sevinirəm. Hər sənətkar heç olmasa özünün ardıcıllarını yetişdirməlidir. Sənətimiz yalnız belə inkişaf edəcək. Çünki heç kim daimi deyil, hər kəsin bu sənətdə bir dövrü var".
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib.
"Çalışıram ki, heç kimin haqqını tapdalamayım, heç kimin hüququnu pozmayım. Çünki bu təbiətimdə yoxdur. Gərək insanlara hörmət edəsən ki, hörmət görəsən. Qarşında kim olursa-olsun hörmətlə yanaşmalısan. Mən insanları çox sevirəm" deyə sənətkar bildirib.
Xalq artisti illər əvvəl qalmaqal yaşadığı Canəli Əkbərovu da xatırlayıb.
"Atayla oğul arasında da küsülülük olur. O vaxt Canəli Əkbərova cavab vermədim. Mən o tərbiyənin yiyəsi deyiləm. Sonra eşitdim ki, xəstələnib, xəstəxanada yatır. Oğlu ilə, kürəkəni ilə dostam. Dostlarımı, musiqiçilər Elnur və Elçini götürüb xəstəxanaya yanına getdim. Daha sonra tez-tez zəng edib, ondan xəbər bilirdim. Dünyasını dəyişməsinə çox üzüldüm. Muğam ifaçıları barmaqla sayılası qədərdir. Kiçik hər zaman öz kiçikliyini göstərməlidir. Tələbələrimə də hər zaman bunları deyirəm. Allah Əlibaba Məmmədova da rəhmət etsin. Dünyasını dəyişən günə qədər onunla əlaqə saxlamışam. Allah Arif Babayevə can sağlığı versin. Bizim hər birimiz onlara xidmət edib, ehtiram göstərməliyik" deyə sənətkar bildirib. "Ən çox ürəyinizə yatan Leyli kim olub?" sualına sənətkar belə cavab verib.
""Leyli və Məcnun" tamaşasında 10 sənətkarımızla tərəf müqabili olmuşam. Onlardan biri türkiyəli sənətçi idi. Hamısı ilə səhnəni bölüşmək çox xoşdur. Çünki hər bir sənətçinin öz dəsti-xətti, tamaşaçısı var. Daha çox qismətimə Nəzakət xanımla oynamaq düşüb, onunla səhnəni bölüşmüşük" deyə sənətkar bildirib. Xalq artisti şəhid qardaşı oğlundan da danışıb. "Qardaşım oğlu İsrafil şəhid olmamışdan bir gün öncə hamımıza zəng etdi. Bəlkə də insana hər şey əyan olur. O sanki bizim hamımızla vidalaşırdı. Ona atamızın adını qoymuşduq. Oktyabr ayının sonu idi, müharibənin bitməsinə az qalmışdı, bir çox yerləri də almışdıq. Dedi ki, "əmi, hər şey yaxşıdır, bu gün, sabah Şuşaya bayraq sancacağıq". Dedim ki, "İsi, özünü qoru, sənin toyunu biz edəcəyik". Mənə dedi ki, "əmi, özümüzü yox, vətəni qorumalıyıq". Mən onda öz-özümə dedim ki, "bu uşaq nə vaxt böyüdü?". O bizim gözümüzdə uşaq idi. Qeyri-adi uşaq idi, idmana gedirdi, enerjisi özünə sığmırdı. Bir yerdə otura bilmirdi. Müharibə başlayan günü ata-anasına demişdi ki, "mən gedirəm, ya qazi, ya da ki, şəhid kimi qayıdacam" deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





