Oğlunu erkən itirdi, həyat yoldaşı onun doğum günündə qollarında can verdi - Azərbaycanlı bəstəkarın faciəvi həyatı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli haqqında on maraqlı faktı təqdim edir.
Nailə Mirməmmədli 1961-ci ildə "Sovetski"də anadan olub.
1985-ci ildə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.
***
Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi "Sovetski"də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində "Xəyal" instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürürlər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlir, ancaq Hikmət buna razı olmur. Yalnız bir konsertdə birgə işlədikdən sonra o özünə başqa iş tapacağını deyir. Lakin iş elə gətirir ki, onlar möhkəm dost olurlar. Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilir. Günlərin birində isə Hikmət Mirmmədli Nailə xanıma deyir: "Ad günündə bizimkilər sizə gələcəklər".
Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı edirlər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmır. Hikmət isə deyir, ya istədiyim qızı alacam, ya da onu götürüb qaçacam. Beləliklə, ailələr onların evlənməsinə qarşı çıxmırlar və onlar ailə qururlar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.
***
Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:
"Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı".
2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilir. O, Nailə xanıma heç nə demədən hadisə yerinə gedir. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirir.
***
Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini özü dəfələrlə etiraf edərək deyib:
"Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər".
Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində "Dərd verdin" mahnısı beş il onun siyirməsində qalıb. Oğlu rəhmətə gedəndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edir ki, hər kəs elə bilir ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.
***
Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən deyir:
"Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə, ümumiyyətlə, özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım".
2007-ci il, mayın 23-də Nailə Mirməmmədlinin ad günü idi. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibəti ilə məclis təşkil etmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirməmədli növbəti dəfə infarkt keçirir və Nailə xanımın qolları üstdə dünyasını dəyişir.
***
Nailə Mirməmədli 2021-ci il, yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. "Qurd qapısı" məzarlığında dəfn olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





