Mədəniyyət

Bakıda kitabxana binası qəzalı vəziyyətdədir - VİDEO

20 May 2023 11:24
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, amma qəzalı vəziyyətdə olmasına baxmayaraq, mütaliə etmək istəyən oxucular kitabxanaya üz tuturlar.

Lakin acınacaqlı vəziyyət  onların da haqlı narahatlığına səbəb olur.

Kitabxanda 24 minə yaxın kitab var. Filialda yer olmadığından binada kitabların az hissəsi yer alıb. Rütubətli yerdə kitabların hansı vəziyyətdə olduğunu görmək istəsək də, işçilər buna icazə vermədi.

Görkəmli şəxsiyyətin adını layiqincə daşımayan kitabxananın aqibəti ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Bildirildi ki, binaya texniki baxış keçirilir. Nəticə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Milli.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.