Mədəniyyət

Muğam Mərkəzində “Elə bağlı, ürəklərə bağlıyam” adlı konsert keçirilib - FOTO

18 Aprel 2023 15:00
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində "Elə bağlı, ürəklərə bağlıyam" adlı konsert keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələrinin iştirakı ilə keçirilən konsertdən öncə ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Muğam Mərkəzinin foyesində portret, peyzaj, natürmort və s. bu kimi müxtəlif rəsm əsərləri sərgilənib.

Konsertdən əvvəl Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhları 1dəqiqəlik sükutla yad edilib.

Proqramda ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblının müşaiyətində Azərbaycan, həmçinin xarici bəstəkarların seçilmiş əsərləri və instrumental musiqi nömrələri səslənib.
 
Kollecin Qazi müəllimi, 44 günlük Zəfər tarixində Murovdağ, Talış kənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşmüş və Ali Baş Komandanın Sərəncamıyla Suqovuşan, Kəlbəcərin azad olunmasına görə medallar ilə təltif olunmuş Fərid Atazadənin ifasında Səid Rüstəmovun "Hardasan" əsərini səsləndirilib və eyni zamanda monitorda ADMİU nəzdində Humanitar Kollecdə təhsil almış 6 Şəhidin xatirə şəkilləri nümayiş etdirilib.

Konsertin davamında müəllim və tələbə heyətinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Bir birindən gözəl musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla və anşlaqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory