YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisini təqdim edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini hazırlamışdırlar.
Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. "Babil 2.0", "Keçmiş̧ nəsillərdən qalan izlər" və "Dərman arardım dərdimə" sərgiləri həmin mövzuları araşdırır.
"Babil 2.0" sərgisi zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də "qlobal şəhərə" çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.
Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır.Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. "Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisimilli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. "Dərman arardım dərdimə" sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
"Babil 2.0" sərgisi
Sərginin açılışı: 16 mart, 18:00
Tarix: 16-29 mart, 2023
Kurator: Çinar Balayeva
Layihə meneceri: Zemfira Şixlinskaya
Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova, Aysel Həsənova, Rövşən Hüseynov, Ülviyyə İman
"Keçmiş̧ nəsillərdən qalan izlər" sərgisi
Sərginin açılışı: 6 aprel, 19:00
Tarix: 06-16 aprel, 2023
Kurator: Aynur Abutalıbova
Layihə meneceri: İlkanə Səmədova
Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı, Nəcəf Öztürk, Alina Yusupova
"Dərman arardım dərdimə" sərgisi
Sərginin açılışı: 21 aprel, 19:00
Tarix: 21 aprel - 04 may, 2023
Kurator: Bəxtiyar Əliyev
Layihə meneceri: Fidan Hüseynova
Rəssamlar: Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Dilarə Əli-zadə, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyev
Sərgilərin ictimai proqramları üzrə moderatoru: Asim Adgözəl
Sərgilərin iş rejimi: Çərşənbə axşamı - bazar, 12:00-20:00
Məkan: ARTIM Layihə Məkanı
DİGƏR XƏBƏRLƏR
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb





