İki övladını birdən itirdi, anası onu heç vaxt bağışlamadı, saçlarını kəsdirib torbaya yığdı - Xalq artistinin vəsiyyəti nə olmuşdu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nuriyyə Əhmədova haqqında maraqlı faktları təqdim edir.
Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əliağa qızı Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. Atası hərbçi, anası evdar qadın olub.
***
1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsinə daxil olub. İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Ailəsi aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:
"Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, bir saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı".
***
"Həm ziyarət, həm ticarət", "Bağ mövsümü", "Yuxu", "Bala başa bəla", "Fransız", "Bəxt üzüyü", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Sahilsiz gecə", "Yerlə göy arasında", "Milli bomba", "Mozalan" süjetləri...
Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. "Sahilsiz gecə" filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: "Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!".
***
Filmoqrafiyasında bu qədər epizodik olsa da, parlaq, yaddaqalan filmləri, obrazları olan aktrisa şübhəsiz xoşbəxtdir. Amma, yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında "mənim həyatım elə ayrı bir filmdir" deyirdi...
Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.
***
Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur. Özünə gələndən sonra qızının övladını götürüb saxlamağa qərar verir.
Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir. Müsahibələrinin birində bu haqda deyir:
"Həyatda dərdim çoxdur. Qızım dünyasını dəyişdi. Böyüdüb, başa çatdırdığım oğlum Əlini itirdim. Oğlum ailəli idi. Övladı olmurdu, bədənində mikrob tapmışdılar. Bir uşağı olmuşdu, qırxı çıxan kimi öldü. Mikrob övladımı içdən yedi. Özümün isə səhhətim pisdir. İndi yanımda qalan övladım Faiqə görə ayaqda qalmağa çalışıram. Onu oxudub başa çatdırmalıyam. Ailəmdəki faciələr məni yıxdı, amma sənət yaşadır".
***
Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Aktrisa uzun illər evsiz olub, kirayələrdə yaşayıb. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Ölümündən əvvəl müsahibələrində belə deyirmiş:
"Mənim heç vaxt evim olmayıb. Həmişə kirayədə yaşamışam. Sənətə gələndən ev növbəsində dayanmışam. 48 ildir gözləyirəm".
***
Ömrünün sonuna yaxın, avtobusdan yıxılıb, ayağını zədələyir. Xeyli müddət yataqda qalır.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30-da kəskin ürək tutmasından Bakıda rəfiqələrindən birinin evində də vəfat edir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
***
Ölümündən sonra aktrisanın yaxınları qeyd edib ki, Nuriyyə Əhmədova saçlarını kəsdirəndə, darayanda bir torbaya yığırmış ki, öləndə balış düzəldib yanında basdırsınlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Habil Qasımov vəfat etdi - FOTO
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
XƏBƏR LENTİ
-
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib
-
Bakıda 7 günlük hava proqnozu - Ayın 26-dan yağışlar başlayır
-
Otlaqlar kiçilir, arpa tapılmır: Ət bahalaşacaq?
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Qara dənizdə Türkiyə gəmisini Rusiya vurubmuş... - (Foto)
-
Zelenski Polşanın ali dövlət mükafatı olan "Ağ qartal" ordenini poçtla niyə geri qaytardı?
-
NİİM-dən piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara müraciət - (Video)
-
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
-
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - (Foto)
-
DİN son iki gündə 90 cinayətin üstünü açdı - 71 nəfər saxlanılıb
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sumqayıtda 18 yaşlı qız 20 yaşlı tanışını bıçaqlayıb
-
"Bu ağrı ömrümün sonuna qədər mənimlə qalacaq" - Bəhram Bağırzadə
-
Ağcabədi Pedaqoji Kollecinə yeni direktor və müavin təyin edilib
-
Yankoviç “Qarabağ”ı tərk edib Türkiyə klubuna keçir?
-
Neft qiymətlərində azalma: Danışıqların yekunlaşması bazara təsir etdi
-
Qara dənizdə Türkiyə gəmisi vuruldu: Ölənlər var - (Foto)
-
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
-
Bakı və Sumqayıtın bir hissəsində bu gün işıq olmayacaq
-
Masallıda polis meşəlik ərazidə 1520 ədəd xaş-xaş kolu aşkarlayıb
-
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
-
Mingəçevirdə dava: 35 yaşlı kişi öldürüldü
-
İvanovka yolunda ağır qəza - 1 ölü, 3 yaralı var
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - (Foto)





