XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi ADA Universitetində keçirilib.
Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz Festivalı sovet dövründə -1967-ci ildə keçirilib.
Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları "Rəqs edən Caz" adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də "QGallery"də "Dancing Jazz" sərgisinin açılışı olacaq.
Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.
XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm "tapmaca" olacaq və payız mövsümünü gözəl şəkildə tamamlayacaq.
Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.
Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb, onlara gözəl axşam arzulayıb.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə ADA Universitetində açılışı böyük şərəfdir. Hafiz Paşayev, həmçinin caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində keçirildiyi üçün rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclər üçün xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Eyni zamanda, sərgi və film nümayişi olacaq. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il də Almaniyadan, İsveçrədən, İtaliyada, İsraildən, Braziliyadan və digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək.
Festivalın açılışında, həmçinin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış edərək burada olmasından məmnunluğunu söyləyib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Daha sonra "Grammy" mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramı ilə çıxış edib. O, Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.
Qeyd edək ki, son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əagər çağırılmayacaq – Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu





