Baku Jazz Festivalı 2022 dünya caz ulduzlarının adları ilə seçilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 15-dən 20-dək bu musiqi janrının pərəstişkarlarının gözlədiyi dinamik Baku Jazz Festivalı 2022 baş tutacaq. Yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.
Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrildi. Layihələrində əməkdaşlıq etdiyi musiqiçilərin siyahısı bunu deyir: Herbi Hancock, Pat Metheni, Kassandra Vilson, Markus Miller. Noyabrın 15-də Bakı Jazz Festivalı 2022 çərçivəsində Qriqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.
Noyabrın 16-da braziliyalı diva Eloiza Lourenso hərarətləndirici proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. Bakı Jazz Festivalı 2022-nin proqramını əfsanəvi Kenni Uilerin yeni Sweet Time Suite tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.
Noyabrın 17-də gənc caz ifaçıları üçün illik "I am Jazzman" müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və "Ekalogic"in yekun konserti keçiriləcək. Qeyd edək ki, bu il iştirak üçün müraciət edən müsabiqə iştirakçılarının sayı 63 nəfər olub və bu müsabiqənin təsis edildiyi vaxtdan rekorda imza atıb.
Baku Jazz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları Rəqs edən Caz adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış rəsmlərin cazı necə rəqs edə bildiyinin şahidi olacaqlar. Noyabrın 17-də QGallery-də "Dancing Jazz" sərgisinin açılışı olacaq.
Növbəti maraqlı tədbir tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT yaradıcılıq mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.
Baku Jazz Festivalı 2022-nin proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm tapmaca olacaq və payız mövsümünü gözəl şəkildə bağlayacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov





