Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümə yeniliklərlə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun zaman başqa teatr səhnələrindən öz tamaşaçılarını salamlayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yubiley mövsümünü açıq elan edib. 95-cimövsümün ilk uşaq tamaşası Pyer Külliforun "Şirinlər"i olub. Tamaşadan öncə teatrın foyesində uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Dövlət Gənc Tamaşaçılar Teatrı, "AskerovArt" və "Crazy Art" Studiyalarının birgə layihəsi çərçivəsində baş tutan sərginin həyata keçirilməsinin əsas məqsədi uşaqların dünyagörüşünün formalaşması, estetik zövqünün inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və onların təsviri sənətə olan meylini artırmaqdır. Sərgidə fərqli yaş katerqoriyalarından olan uşaqların əl işləri məzmun etibarilə müxtəlif mövzuları əhatə edib.
"AskerovArt" studiyasının rəhbəri, Rəssamlar ittifaqının üzvü Rüfət Əsgərov bizimlə fikirlərini bölüşərək təqdim olunan əsərlər, uşaqların bu sənətə marağı haqqında danışıb. Onun sözlərinə görə rəhbərlik etdiyi studiyaya bütün yaş hədlərindən olan insanlar müraciət edirlər: "Studiyamızın əsas məqsədi bizə müraciət edən hər kəsə təsviri sənətin incəliklərini öyrətməklə, bu sənəti onlara sevdirməkdir. Studiyamızda hər kəsə individual yanaşan, onların daxilindəki potensialı üzə çıxaran və bacarıqlarını doğru istiqamətləndirən peşəkar pedaqoqlar çalışır".
"Crazy Art" Studiyasının rəsm dərnəyinin müəllimi Ülkər Hümmətzadə məqsədlərinin uşaqlara incəsənətin bütün növlərini sevdirməklə, onlara mədəni dəyərləri, mədəni tərbiyəni aşılamaq olduğunu qeyd edərək, teatrın rəhbərliyinə yaradılan şərait və göstərilən diqqət üçün minnətdarlığını bildirib.
Sərgilənən rəsm nümunələri arasında "Crazy Art" Studiyasının dərnək üzvləri Fəxriyyə Məmmədova, Fatimə Məmmədova, Setayevə Sitarə Vəlinin əl işləri xüsusilə diqqəti cəlb edib.
Sərgidə 17 uşağın yağlı boya ilə çəkdiyi20-dək əl işi nümayiş etdirilib.
Daha sonra tamaşa göstərilib. Quruluşçu rejissoru Elşad Rəhimzadə, tərtibatçı rəssamı Şahin Hüseynli, geyim üzrə rəssamı Yekaterina Xaritonova, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımova olan səhnə əsərində mahnıların mətni Rəna Mirzəyevaya, plastik həll isə Ceyhun Dadaşova məxsusdur.
Tamaşada rolları Əməkdar artisti Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Nuriyyə Əliyeva,Qasımova Xəyalə, Könül Əbilova Anar Seyfullayev, Ramil Məmmədov və Xaliq Bəkirovifa etmişlər.
Tamaşadan sonra sərgidə əl işləri nümayiş etdirilən uşaqlar aktyorlarla şəkil çəkdiriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)





