AMEA: “Ağ yalandır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün bəzi xəbər saytlarında yayılan "AMEA-nın arxivi talanır" başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır".
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib.
"AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur. Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.
İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.
Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir", - akademiyadan məlumat verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib - (Foto)
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)
-
Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
XƏBƏR LENTİ
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Həbsxanadakı məhkumun gizli silahı Nərimanovda tapıldı
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Şənbə günü daha həyəcanlı olacaq - Rafael Fiziyev
-
Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Fransada anomal istilər: 68 minə yaxın ev işıqsız qaldı
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb
-
36 yaşlı modelin sirli ölümü: Çamadandan meyiti tapıldı
-
Fransada Ebola həyəcanı - İlk yoluxma halı qeydə alındı
-
Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
-
FETÖ-yə qarşı növbəti əməliyyat - 128 nəfər həbs edildi
-
Eviniz hər an saxta etibarnamə ilə satıla bilər - Ali Məhkəmədən İZAH
-
Nehrəmli Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi oldu
-
MİQ imtahanlarında yeni qayda
-
Bakıda qeyri-adi hadisə: Zibillikdən “Chevrolet Cobalt” tapıldı





