Mədəniyyət

Almaxanım Əhmədlinin solo konserti keçirilib

2 İyun 2022 12:16
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində VI Muğam Televiziya Müsabiqəsinin Qran Pri mükafatçısı, BMM-nin solisti Almaxanım Əhmədlinin solo konserti keçirilib. Iki gün, 28 və 29 may tarixlərində təşkil edilən konsert 28 May Müstəqillik gününə həsr olunub. Anşlaqla keçən konsert proqramında gənc ifaçı özünəməxsus rəngarəng repertuarla çıxış edib. Proqramda muğamlar, xalq və bəstəkar mahnıları, türk musiqisindən nümunələr səsləndirib.

Almaxanım Əhmədli peşəkarlıqla, yüksək duyum və həssaslıqla ifa etdiyi  konsertdə mahnıların dərin hiss yaşantılarını tamaşaçılara ötürə bildi. İfa etdiyi hər bir əsərə  həssaslıqla, dərindən duyaraq yanaşması tamaşaçıların gur alqışları ilə qarşılandı. Musiqidə istedadın ən mühüm göstəricilərindən biri də ifaçının oxuduğu əsəri duymasıdır. Gənc solistin muğam musiqisini və xalq mahnılarımızı dərindən, bütün ruhu ilə duyaraq təqdim etməsi onun ilk solo konsertinin unudulmaz anlarla sənətinin parlaq səhifələrindən birinə çevrə bildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.