Mədəniyyət

İzmirdə "Şuşa ili" çərçivəsində "Gənclərə dəstək" layihəsinin konserti keçirilib - VİDEO - FOTO

20 May 2022 16:36
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 may 2022-ci il tarixində Türkiyənin İzmir şəhərində Suat Taşer Sanat Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının "Şuşa ili" çərçivəsində konserti keçirilmişdir. 

Proqramda respublika və beynəlxalq müsabiqələr laureatları Nurlanə Abdullazadə (vokal), Zümrüd Məmmədova (xanəndə), Zəminə Babayeva Yalçın (qanun), Nuranə Əliyeva (piano), Elçin Hetəmli (tar), Surə Rüfət (violin) və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı alətləri orkestirinin artisti qanun ifaçısı Natəvan Həsənova və onun tələbələri İlkanə Cəfərova, Təhminə Əlixanova, Ülviyyə Dadaşova, Zilhiccə İsmayılova tamaşaçılara biri birindən gözəl ifalar təqdim etdilər. Bütün iştirakçıları konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva müşayiət edirdi.

Tədbirin koordinatorları - Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Ege Universitesi Dövlət Türk Musiqi Konservatoriyasının doktorantı, qanun ifaçısı Zəminə Babayeva Yalçın idi. Onu da qeyd etmək lazımdır ki, Zəminə Babayeva Yalçın ilk azərbaycanlı qanun ifaçısıdır ki xaricdə "Türkiyə və Azərbaycan musiqisində qanun ifaçılığı" adlı kitabını nəşr etdirib.

Konsertin sonunda Zümrüd Məmmədovanın ifasında "Qarabağ şikəstəsi" səslədirilmişdir və iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif olunmuşdurla. "Halk Eğitimi  Merkezi"nin direktoru Suat Korkmaz "Gənclərə dəstək" layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası rəhbərliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gənclərə dəstək" layihəsi 2016-cı ildən həyata keçirilir. Ötən müddətdə gənc musiqiçilərə sənət yolunda dəstək olan layihə üzrə çoxsaylı konsertlər təşkil edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.