Elmira Abbasovanın yubileyinə həsr olunmuş konsert - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında görkəmli musiqişünas-alim, pedaqoq, əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illik yubileyinə həsr olunmuş konfrans-konsert keçirildi.
Tədbirin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli, Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva, sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva ön sözlə çıxış etdilər.
Konsert proqramında Azərbaycanın Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, BMA-nın professorları Könül Hüseynova, Azərbaycan Dövlət Fortepiano Triosu - Respublikanın Əməkdar artistləri Tövfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, BMA-nın dosentləri Züleyxi Abdulla və Nərgiz Salmanlı, o cümlədən beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyevanın ifasında müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) rəhbərlik edən bəstəkarların - Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Əşrəf Abbasov və Fərhad Bədəlbəylinin əsərləri səsləndirildi.
Elmira Abasova görkəmli musiqişünas-alimdir. Əsasən Azərbaycanın musiqi mədəniyyətinə dair bir sıra elmi araşdırmaların, monoqrafiyaların, broşürlərin və məqalələrin müəllifidir. Onun elmi fəaliyyətinin böyük hissəsi Üzeyir Hacıbəyovun yaradıcılığının öyrənilməsinə həsr olunub. O, Ü.Hacıbəyovun əsərlərinin musiqili-dramatik və üslub xüsusiyyətlərini işıqlandırır, bəstəkarın simfonik təfəkkürünün metodunu üzə çıxarır. "Üzeyir Hacıbəyovun operaları və musiqili komediyaları" (1961), "Üzeyir Hacıbəyovun "Koroğlu" operası" (1965), "Üzeyir Hacıbəyov" (1975), "Üzeyir Hacıbəyov. Həyat və yaradıcılıq yolu" (1985), Ü.Hacıbəyov haqqında məqalələrin müəllifidir.
"Üzeyir Hacıbəyov" biblioqrafiyasının məsul redaktorudur (1978). 1977-1991-ci illərdə E.Abasova Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1973-1990-cı illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi





