Özündən 24 yaş böyük direktorla evləndi, ermənilər ona hücum etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən Xalq artisti Sara Qədimova haqqında maraqlı faktları təqdim edir.
Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablıda keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ifalarını da ilk dəfə orda dinləyir. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparır.
***
Anası qızına musiqini sevdirir, muğamların, mahnıların sözlərini öyrədirdi. Ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı, iki qardaş başsız qalıblar.
1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilərkən Sara Qədimova da bu müsabiqədə iştirak edir. İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edir. "Qatar"ı oxumağa başlayır. Ardınca "Gəlmə-gəlmə" xalq mahnısını ifa edir, ifanı dinləyən Üzeyir Hacıbəyli heyrətdən donub qalır.
***
1941-ci ildə Üzeyir bəyin təklifi ilə Hüseynqulu Sarabskidən muğam dərsləri almağa başlayır. Üzeyir bəy Sara haqqında Sarabskiyə deyir:
"Sənin nəzərlərin bu gənc qızın üzərində olsun".
Tibb texnikumunda təhsil alan Sara xanım bayram konsertlərində mahnılar ifa edir. 22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova həmin anları bu cür xatırlayır:
"Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm" dedi".
Sara xanım tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Bu evlilikdən onların Akif adlı oğulları dünyaya gəlir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər.
Xanəndənin oğlu Akif İslamzadə də elə uşaqlıqdan musiqiyə həvəs göstərir. Sonralar o, Azərbaycanın ən sevilən estrada müğənnilərindən biri olur. Ancaq məşhurluğunun ən yüksək məqamında Akif İslamzadə səsini itirir. Akif bəy heç vaxt anası haqqında, Sara xanım isə oğlu haqqında mətbuata danışmırlar. Akif İslamzadə müsahibələrinin birində deyir:
"Bu barədə Sara xanımla şərt kəsmişik ki, heç vaxt bir-birimiz haqqında bəhs etməyək".
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.
***
1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana çağırılır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.
Sara xanım 1969-cu ildə İrəvana, qastrol səfərinə yollanır. Gecə Canəli Əkbərovla Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edirlərmiş. Qəfildən qapı açılır və bir kişi içəri keçir. Konsertin hansı dildə olacağını soruşur. Sara xanım da cavab verir ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Səhəri günü konsertdə işıqları söndürürlər. Telefonlar kəsilir, aləm dəyir bir-birinə. Bu qarmaqarışıqlıqda bir neçə nəfər yaralanır, Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxa bilirlər.
1964-cü ildə Sara xanım ağır yol qəzasında yaralanır. Bundan xəbər tutan rəfiqəsi məşhur kosmonavt Valentina Tereşkova Moskvanın ən tanınmış travmatoloqunu Bakıya göndərir.
2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra Sara Qədimova vəfat edir. I Fəxri xiyabanda dəfn olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi





