Mədəniyyət

Muğam Mərkəzində kamera vokal konserti təqdim olundu - FOTO

2 Fevral 2022 15:15
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "Gəl, ümid" adlı kamera vokal musiqisi axşamı təqdim olundu.

"BakuOperArt"  layihəsi olan  "Komm, Hoffnung" (Gəl, ümid!) adlı  konsert proqramında Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) ifaları maraqla qarşılandı.

Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi gecəsi dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümünə həsr edilmişdi.

Kamera vokal musiqi  konsert proqramının böyük hissəsi ilk dəfə Bakıda nümayiş olunan əsərlər təşkil edib.

Qeyd edək ki, BMM musiqinin müxtəlif janrlarını əhatə edən konsertlər təqdim edir. Vokal musiqisi axşamı layihəsi klassik musiqi həvəskarlarını bir araya gətirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.