Mədəniyyət

“Gəl, ümid” adlı kamera vokal musiqisi axşamı təqdim olunacaq

24 Yanvar 2022 14:07
0 Şərh     Baxış: 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "BakuOperArt"  layihəsi olan  "Komm, Hoffnung" (Gəl, ümid!) adlı  konsert proqramı təqdim ediləcək.

Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi gecəsi (Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə  ərsəyə gəlib.

İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından  konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar Konsertin xüsusi ab-havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir. Konsertə  giriş dəvətnamə ilə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.