Hadisə, Kriminal

Bu ev bir həftədə 5 dəfə yanıb, səbəbi isə... - VİDEO

5 Noyabr 2021 14:46
0 Şərh     Baxış: 1 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kastomunu şəhərində bir ev 7 gün ərzində 5 dəfə yanıb.

Milli.Az ölke.az-a istinadən xəbər verir ki, hadisə Kurusaray kəndində, Dadaylı ailəsinə məxsus evdə baş verib.

Zaman-zaman kiçik miqyaslı yanğını ailə üzvləri öz imkanları ilə söndürə bilib. Səbəbi bilinməyən yanğın Dadaylı ailəsini qorxuya salıb. Belə ki, əşyaları yanmaqdan xilas etmək üçün ev sakinləri əşyaları həyətə tökərək mühafizə edə biliblər.

Dadaylı ailəsinin üzvləri əllərində yanğınsöndürmə xortumu ilə evdə növbəli şəkildə keşik çəkməyə başladıqlarını bildiriblər:

"Keçən çərşənbə hər kəs aşağı mərtəbədə olanda yataq otağı yanıb. Yanan yataq otağını boşaltdıq. Yanan otağı təmir edən usta məni yanına çağırdı, bu zaman qonaq otağında divan çarpayısı yanmağa başladı. Qonaq otağını söndürürük, axşam tövlənin üstü yanır. Bu gün yanğınsöndürmə briqadaları, qonşular gəldi, ot tayasını söndürdük, axşam evə getdik. Baxıb görürük ki, bu dəfə də qonağın pencəyinin içi yanıb. Söndürdük, yarım saat sonra yataq otağı yandı"- ailə üzvləri söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.