Hadisə, Kriminal

Qandonduran hadisə: İki günlük körpəni diri-diri basdırdılar - VİDEO

25 Sentyabr 2021 13:12
2 Şərh     Baxış: 1 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Adıyaman şəhərində faciənin qarşısı alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhidləri ziyarət etmək üçün qəbirsanlığa gələn şagirdlər ağlayan körpə səsi eşidiblər.

Səs gələn tərəfə gedən məktəblilər bədəni torpağın altında olan uşağın çöldə qalan ayaqlarını görüblər. 2-3 günlük körpə diri-diri torpağa basdırılıbmış.

Uşaqlar yenidoğulmuşu torpağın altından çıxarıblar. 

Çox güman ki, qəbirstanlığa nəzarət edən şəxs cümə namazına gedəndə kimsə qızı torpağa basdırıb.

Körpə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.