Hadisə, Kriminal

Arvadına "sən evdən getsən özümü öldürəcəyəm" deyən ər sözünə əməl etdi - VİDEO - FOTO

25 Sentyabr 2021 02:32
1 Şərh     Baxış: 17 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay vilayətində beş gün əvvəl ailə quran Zeynep Yonca Sönmezlə bəlli olmayan səbəbdən dava edən Mehmet Sönmezin evlilikləri qanlı sonluqla bitib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, kişi bıçaq yarası ilə aparıldığı xəstəxanada dünyasını dəyişib. Qadın evdən çıxmaq istədiyi zaman ər "sən getsən özümü öldürəcəyəm" deyib. Bu hədəyə ciddi önəm verməyən qadın elə evdən çıxan kimi ər mətbəxdən götürdüyü bıçağı sinəsinə saplayıb. Açıqlamasından sonra qadın Sönmez sərbəst buraxılıb. Mehmet Sönmezin ölümü ilə bağlı başladılan istintaq davam edir.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.