Hadisə, Kriminal

Yaşayış binasının yaxınlığında qumbara tapılıb - VİDEO

23 Avqust 2021 12:42
1 Şərh     Baxış: 1 049
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhərində, yaşayış binasının yaxınlığında tank əleyhinə qumbara tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, partlayıcı Sumqayıt şəhərində,10-cu mikrorayon ərazisində ötən gün saat 20:30 radələrində aşkar edilib.

Tank əleyhinə qumbaranı görən şəxs dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat verib. Əraziyə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.  Sakinlər həmin ərazidən uzaqlaşdırılıblar.

Zibil qutusunun yaxınlığlında aşkar edilən partlayıcının Rusiya istehsalı olan tank əleyhinə qumbara olduğu bildirilir. Xoşbəxtlikdən qumbara atılan zaman partlamayıb.

Daxili Qoşunların əməkdaşları tərəfindən qumbara ərazidən uzaqlaşdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.