Hadisə, Kriminal

Atasına pul vermədiyi üçün atəş açdı - Güllə araya girən şəxsi öldürdü - VİDEO - FOTO

9 Avqust 2021 17:18
0 Şərh     Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adanada (Türkiyə) istədiyi məbləğdə pulu verməyən atası ilə mübahisə edən şəxs silahını çıxarıb atasına 3 dəfə atəş açıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu zaman güllə hadisənin qarşısını almaq istəyən şəxsə dəyib. Xəstəxanaya aparılan şəxs bütün müdaxilələrə baxmayaraq ölüb. Təcavüzkarın atası "daim üstümə silah və bıçaq çəkirdi. Bu dəfə zorla pul istədi. Mərhum müdaxilə etməyə çalışırdı" deyib. Polis bölməsinə aparılan oğul ifadəsində, "atamdan pul istədim, vermədi. Silahla onu qorxutmaq istəyirdim, güllə müdaxilə edən adama dəydi. Mən bunu qəsdən etməmişəm" deyib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.