Hadisə, Kriminal

TikTok fenomeni öldürüldü

29 İyun 2021 14:54
0 Şərh     Baxış: 1 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış TikTok fonemeni Destina Masal Güler sevgilisi Halil Mert ilə birlikdə olarkən odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hücumdan yaralanaraq xilas olan Mert Kamal Çalık adlı şəxsin onlara atəş açdığını iddia edib və o, tutulub.

Hadisə mayın 13-də Halil Mertin Mamakdakı evinin bağçasında baş verib. Ankarada yaşayan sosial media fenomeni 31 yaşlı Destina Masal Güler 4 aydır sevgili olduğu Halil Mertlə birlikdə silahlı hücuma məruz qalıb. Avtomobildə olan şəxs tərəfindən onlara ov tüfəngi ilə üç dəfə atəş açılıb. Başından və boynundan vurulan Gülər ​​hadisə yerində dünyasını dəyişib. Halil Mert isə yüngül xəsarətlərlə xilas olub.

Halil polisə verdiyi açıqlamada həmin gün Kamal Çalıkla narkotik satdığına görə dava etdiklərini bildirib:

"Kamal məni döydü, dostu isə sol qolumdan və belimdən bıçaqladı. İkisindən də şikayətçi olmamışam. Bir neçə saatdan sonra ağ rəngli maşından bizə atəş açdılar. Avtomobildə olan şəxs Kamal Çalık idi. Destinanın yara almaması üçün onu qorumağa çalışdım, amma o öldü. Çalık da qaçdı".

Polisə təslim olan Kamal Çalık isə ifadəsində hücum barədə heç bir məlumatı olmadığını iddia edərək özünü müdafiə edib:

"Halil Mert dörd dostu ilə mənə və dostlarıma hücum etdilər. Məni maşına mindirib evlərinə apardılar. İtlərini mənə qarşı təhrik etdirtdilər və hərdən başımdan yumruq vurdular. Destina Masal Gülər ​​də onlarla birlikdə idi. Məni vurmadı, amma lağ etdi. Fürsət tapıb onlardan qaçdım. İtləri arxamca saldılar. Ayağımdan dişlədilər. Mən parkda oturanda atam zəng vurdu. Polisin məni axtardığını dedikdə buraya gəldim".

Polis cinayətin üstünü açmaq üçün təhlükəsizlik kameralarını araşdıraraq şahidləri dindirib. Kamal Çalıkın evindən axtarış zamanı hücum zamanı geyindiyi paltar və Destina Masal Gülərin öldürüldüyü ov tüfəngini də götürülüb. Kamal Çalık qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.