Hadisə, Kriminal

"Biz ədalət istəyirik" - Rusiyada qətlə yetirilən azərbaycanlının qandonduran hekayəti

31 May 2021 10:04
Baxış: 3 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novosibirskdə (Rusiya) yol polisi əməkdaşının 19 yaşlı azərbaycanlıya qarşı yol verdiyi vəhşiliyin təfərrüatı bəlli olub.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, Vəkil adlı azərbaycanlını tabel silahı ilə qətlə yetirən yol polisi əməkdaşı hazırda istintaq altındadır. Məlumata görə, azərbaycanlı gənclər avtomobil ehtiyat hissələrini satmaqla məşğul idilər. Avtomobili idarə edən zaman isə ayıq olub, spirtli içki qəbul etməyiblər. Halbuki yol polisi əməkdaşları iddia edib ki, onlar özlərini yolda yaxşı aparmayıb, tonirovka qaydalarını pozublar.

"Biz Tomskdan qardaşım və dostum ilə qayıdırdıq. Yolüstü tualetə girmək qərarına gəldik. Mən Vəkillə getdim. Ruslan isə orada qaldı. Birdən gördük ki, DYP maşını qəfil dayandı. Onlar Ruslanı zorla maşına basmağa çalışdılar. İnspektor onun üzünü maşının üstünə basmaşa çalışırdı. Ruslan telefonu götürüb bu qanunsuzluq barədə xəbər vermək istədi. Onlar isə telefonu əlindən almağa çalışdılar. Bu zaman inspektor qardaşımın üzündən yumruqla vurdu. Ana söyüşü söyməyə başaldı. Pistoleti çıxardı, Ruslanı buraxıb qardaşım Vəkilin üstünə getdi. Əlində tapança ona tərəf getdi. Başa düşdüm ki, zarafat etmir. Telefonu söndürüb ona yaxınlaşanda atəş açdı. Vəkili qan içində görəndə şoka düşdüm. Buna baxmayaraq telefonu çıxarıb çəkməyə başladım", - deyə Vəkilin qardaşı İlkin İsmayılov mətbuata bildirib.

Onu da deyib ki, insidentdən sonra polislər üzr də istəmədilər, sadəcə digər polislərə zəng etməyə başladılar. Münaqişənin digər iştirakçısı Ruslan Qurbanov polislərin bu aqressiyasını başa düşmədiklərini deyib. "Biz ədalət istəyirik" deyə İlkin ismayılov bildirib. "Bizim hansı millətdən olmağımız əsas deyil. Sabah belə bir polis sizə də hücum edə bilər", deyib. Qeyd edək ki, Gürcüstanda doğulan mərhumun atası artıq Novosibirskə gəlib.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.