Hadisə, Kriminal

At Gəncə-Göygöl yolunda zəncirvari qəzaya səbəb oldu, 1 nəfər yarandı

5 May 2014 16:41
0 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün günorta saat 15:00 radələrində Gəncə-Göygöl şossesinin 1 km-də 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini, 25 yaşlı Rafiz Əsgərov idarə etdiyi "Niva" markalı avtomobil Bakı şəhər sakini, N saylı hərbi hissənin zabiti Kənan Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Bu zaman yolla hərəkətdə olan rayon sakini, 28 yaşlı Atin Həsənov da idarə etdiyi "VAZ 21011" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək həmyerlisi Ramin Abbasova məxsus "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ 21011"-in sürücüsü Atin Həsənov müxtəlif bədən xəsarətləri alıb və o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yola qəfildən atın çıxması olub.
 

Faktla bağlı Göygol rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.