Hadisə, Kriminal

Bakıda məhkumdan mobil telefon götürülüb

31 Yanvar 2014 12:36
0 Şərh     Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3 saylı istintaq təcridxanasında mobil telefon aparatı aşkar edilərək götürülüb

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 177.3.1; 177.3.2; 221.2.1; 228.4; 304.1; 66.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Seyfulla Rəşid oğlu Qafarovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əynində olan gödəkçənin cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.