Hadisə, Kriminal

Bakıdakı kafedə hesab üstündə 2 nəfər bıçaqlandı

31 Yanvar 2014 11:12
0 Şərh     Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı şəhərində müştəri ofisiant və aşpazın qanını töküb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafeyə gələn müştəri ofisiant Ağasəttar Ağayevi və orada aşpaz işləyən Niyaməddin Haqverdiyevibıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Kürdəmir rayon sakini Soltan İbrahimovu nəzarətə götürüblər. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, S.İbrahimov hadisədən əvvəl kafeyə gəlib. Yemək yeyəndən sonra ona hesabı gətiriblər. Lakin Soltan hesabı ödəməkdən imtina edib və iki nəfəri bıçaqlayıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.