Hadisə, Kriminal

Azərbaycanda maşın elektrik xətlərinin üzərinə aşdı: 4 nəfər həyatını itirdi - YENİLƏNİB - VİDEO

31 Yanvar 2014 10:39
1 Şərh     Baxış: 4 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
10:39

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qarlı hava Ağstafada dəhşətli qəzaya səbəb olub. Gecə saatlarında yağan güclü qar magistral yollarda hərəkəti çətinləşdirib. Ağstafa rayonu ərazisində avtomobil körpüdən aşaraq qəza törədib.

Qazax- Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndindən keçən hissəsində yüksək sürətlə Qazax istiqamətində hərəkət edən "BMW" markalı avtomaşın dəmir yolu üzərindəki körpüyə çatarkən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Avtomaşın aşarkən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. 

Nəticədə avtomobildə olan 4 nəfərin hamısı  hadisə yerindəcə ölüb. Bunlar - sürücü, Füzuli rayon sakini 30 yaşlı Elnur Əliyev, sərnişinlər, Ağstafa rayon sakinləri - 22 yaşlı Əli Mehrəliyev, 26 yaşlı Alqayıt Abbasov və Ağsu rayon sakini, 24 yaşlı Naiq İsiyevdir.

Qeyd edək ki, yüksəkgərginlikli xəttin üzərinə düşən avtomobildən meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.                

---------
09:55

Milli.Az Türkel TV (TTV)-yə istinadən bildirir ki, ötən gün saat 22 radələrində Qazax-Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, yüksək sürətlə Qazax istiqamətində hərəkət edən 90-ER-606 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomaşın Köhnəqışlaq kəndi ərazisində dəmir yolu üzərindəki körpüyə çatar-çatmaz idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Avtomaşın aşarkən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb.  Nəticədə avtomobildə olan 4 nəfərin hamısı  hadisə yerində həyatını itirib. 

Sürücü yol sürüşkən olduğundan avtomobil körpünü keçmək istəyərkən aşıb və 10 minlik gərginliyi olan dəmiryolu xəttinin üzərinə düşüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşından meyitləri çıxarıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.