Hadisə, Kriminal

Qaxda çətənə kolları əkən şəxs saxlanılıb

29 İyun 2026 10:05
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.

Milli.Az xəbər verir ki, çay sahili yaxınlığında meşəlik ərazidə əkilmiş çətənə kolları aşkar edilib.

Saxlanılan şəxsin həmin narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.