Dənizkənarı Milli Parkda qadına hücum - Üstündən 3 bıçaq çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gimnastika məşqçisi N.Kərimova paytaxtın Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalıb.
Milli.Az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Gənc qadın bildirib ki, hadisə mayın 22-si günorta saatlarında "Dəniz Mall"ın yaxınlığında baş verib: "Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım".
Ona kömək edən şəxsə minnətdarlıq edən N.Kərimova hadisə ilə bağlı polisə məlumat verdiyini əlavə edib.
Əldə etdiyimiz məlumata görə, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Belə ki, daxil olan məlumata görə, Səbail rayonu Dənizkənarı bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.
Milli.Az
XƏBƏR LENTİ
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"





