Hadisə, Kriminal

Elnar Allahverdiyev 40 kq narkotiklə tutuldu

19 Fevral 2026 11:36
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunda Milli.Az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

E.Allahverdiyev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.