Hadisə, Kriminal

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində QƏRAR

13 Fevral 2026 14:23
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın həbs müddəti uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə qərar Bakı şəhər Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 

Qərara əsasən, Günay Novruzovanın həbsi 3 ay 14 gün müddətinə uzadılıb.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib. Günay Novruzovaya qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.5-ci (əzab vermə, işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./Unikal.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.