Fevralın 4-də Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti açıqlanıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".
Ayxan
Milli.Az





