Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın son durumu AÇIQLANDI

12 Fevral 2026 10:18

Fevralın 4-də Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

"04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir".

Ayxan
Milli.Az